Polis azərbaycanlı sənətçinin sosial media hesabını bağladıbackend

Polis azərbaycanlı sənətçinin sosial media hesabını bağladı

İranın İnformasiya İstehsalı və Məlumat Mübadiləsi Polisi Güney azərbaycanlı sənətçi və rəqs müəllimi Rəha Əhədpurun sosial media hesabını bağlayıb.

KONKRET.az kult.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi özü məlumat yayıb.

Onun sözlərinə görə, adı çəkilən polis bölməsi səhifədə olan bütün paylaşımları silib və yeni paylaşımların edilməməsi barədə ondan iltizam alıb.

Qeyd edək ki, sənətçi xanım səhifəsində qeyri-siyasi materiallar, Azərbaycan rəqsi və mədəniyyəti ilə bağlı paylaşımlar edirdi.

Adı çəkilən polis bölməsi qadağa tətbiqini Rəha Əhədpurun paylaşımlarının “islam qaydalarına zidd olması” ilə əlaqələndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*