Sakinlər Bakı şəhər Babək prospektində yerləşən dəmiryolu xəttinin keçdiyi körpünün altında narkomanların toplaşmağından narazıdır.
Bu barədə video görüntülər sosial media hesablarında da paylaşılıb.
Mövzu ilə bağlı KONKRET.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, qeyd olunan ünvanda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib:
“Qeyd olunan ünvanda polis əməkdaşları tərəfindən dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Həmin məkanda əməkdaşlarımız tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Göstərilən ünvanda narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün polis naryadları tərəfindən fasiləsiz xidmət təşkil olunub”.
Aygün Mirakif
KONKRET.az
Azərbaycanın bütün bölgələrində narkomanlığa qarşı mübarizə aparmaq lazımdır. Gəncləri və zəif iradəli kişiləri narkotikə alışdıranlar var. Polislər olmasa dünya dərəbəylik olar.