Polis Bakıdakı bu körpünün altını nəzarətə götürdü, nə baş verir? – DİN-dən VACİB AÇIQLAMA + VİDEObackend

Polis Bakıdakı bu körpünün altını nəzarətə götürdü, nə baş verir? - DİN-dən VACİB AÇIQLAMA + VİDEO

Sakinlər Bakı şəhər Babək prospektində yerləşən dəmiryolu xəttinin keçdiyi körpünün altında narkomanların toplaşmağından narazıdır.

Bu barədə video görüntülər sosial media hesablarında da paylaşılıb.

Mövzu ilə bağlı KONKRET.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, qeyd olunan ünvanda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib:

“Qeyd olunan ünvanda polis əməkdaşları tərəfindən dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Həmin məkanda əməkdaşlarımız tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Göstərilən ünvanda narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün polis naryadları tərəfindən fasiləsiz xidmət təşkil olunub”.

Aygün Mirakif

KONKRET.az

  • Ülviyyə
    İyul 12, 2024 - 12:01

    Azərbaycanın bütün bölgələrində narkomanlığa qarşı mübarizə aparmaq lazımdır. Gəncləri və zəif iradəli kişiləri narkotikə alışdıranlar var. Polislər olmasa dünya dərəbəylik olar.

Ülviyyə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*