ABŞ polisi Los-Ancelesdə keçirilən etiraz aksiyaları zamanı Avstraliyanın “9news” telekanalının müxbiri Loren Tomasiyə atəş açıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı o, aksiyadan canlı yayım aparırmış. Ona atəş açılması anı kanalın efirində canlı yayılıb. Bundan sonra yayım dayandırılıb.
Bildirilib ki, yaralanan qadın və onunla birgə olan operator təhlükəsiz yerə aparılıb.
Avstraliyalı senator Sarah Hanson-Yanq Baş nazir Entoni Albaneziyə çağırış edərək, Tomasinin yaralanması məsələsini ABŞ Prezidenti Donald Tramp qarşısında qaldırmağa səsləyib.
Bundan başqa, rezin güllədən britaniyalı fotoqraf Nik Sternin də xəsarət aldığı bildirilib.
O, bud nahiyəsindən yaralanaraq xəstəxanaya yerləşdirilib.