Polis idarəsində terror: Ölən və yaralananlar varbackend

Polis idarəsində terror: Ölən və yaralananlar var

İndoneziyanın Bandunq şəhərində polis bölməsində yerli vaxtla saat 08:30-da terror aktı törədilib.

KONKRET.az xəbər verir ki, bu barədə İndoneziyanın “Kompas” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ən azı iki nəfər, bir kamikadze və bir polis həlak olub.

Nəşrin məlumatına görə, 8 nəfər, o cümlədən bir mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl “Kyodo” agentliyi hücum nəticəsində azı üç hüquq-mühafizə orqanı əməkdaşının yaralandığını bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*