Polis Tovuzda azyaşlı övladını küçəyə atan ana ilə bağlı HƏRƏKƏTƏ KEÇDİbackend

Polis Tovuzda azyaşlı övladını küçəyə atan ana ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ

Polis Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Gəncə şəhər regional qrupdan məlumat verilib.

Bildirilib ki, məsələ polis nəzarətinə götürülüb və aparılan araşdırmalar nəticəsində hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı foto paylaşılıb.

Məlumata görə, foto rayonun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*