Polisdən ƏMƏLİYYAT: Beş narkotik alverçisi saxlanıldı – FOTObackend

Polisdən ƏMƏLİYYAT: Beş narkotik alverçisi saxlanıldı - FOTO

Hacıqabulda keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha beş nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, araşdırma nəticəsində onların rayon sakinləri Süleyman Süleymanov, Rəşad Məmmədov, Əli Rüstəmov, Zülfüqar Zeynalov və Məhəmməd Babayev olduqları müəyyən edilib.

Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*