Rusiyanın Xabarovsk diyarında sürücü qəzadan sonra polisdən qaçmağa çalışıb və yük qatarına çırpılıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 20-də Amurskda baş verib.
Belə ki, polis məmurunun ona tərəf qaçdığını görən sürücü qaza basıb və qatara çırpılıb.
Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu salondan çıxarıb və saxlayıblar.
Kadrlardan da göründüyü kimi, sürücü ciddi xəsarət almayıb.
İqbal Rzayev,
KONKRET.az