ABŞ-də it bir polisi evə apararaq yaşlı sahibini xilas edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Gardian” nəşri yazır.
Ötən ayın sonunda Gita adlı 13 yaşlı it 84 yaşlı sahibinin həyatını xilas edib. Vaşinqtonun Stivens dairəsi polisi bildirib ki, sentyabrın 25-də heyvan yolun ortasında oturub və yaxınlıqda bir patrul maşını dayananda şerifin müavinini onun arxasınca getməyə razı salıb və onu evinə aparıb.
Hadisə yerinə gələn polis əməkdaşı yaşlı kişinin köməyə çağıran səsini eşidib. Sonra məlum olub ki, bir neçə saat əvvəl təqaüdçü yıxılaraq ayağından xəsarət alıb. Bu səbəbdən o, ayağa qalxıb müəyyən vaxtda qəbul etməli olduğu dərmanları qəbul edə bilməyib.
“O, tapılmasaydı, ciddi nəticələr ola bilərdi”, – deyən şerifin ofisi Gitanı “yaxşı qız və xilasedici it” adlandırıb./Redaktor.az