Polisiləri bıçaqla hədələyən qaziyə cəza verildibackend

Polisiləri bıçaqla hədələyən qaziyə cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq və qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İqbal Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub və İqbal Həsənov dərhal məhkəmə iclas zalından azad edilib.

İttihama görə, 1992-ci il təvəllüdlü İqbal Həsənov 26 avqust 2022-ci il tarixdə saat 04-30 radələrində Gəncə şəhəri, Hacıkənd qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər tanımadığı zərərçəkmiş Valeh Məmmədovu (şərti) onun işlətdiyi həmin qəsəbədəki kafeyə müştəri kimi gətirdiyi, qadının stol, stullarını, divanlarını aşırıb dağıdıb. O, kafenin qarşısında şəhidlərin şəkilləri asılmış lövhənin yanında onların ruhuna hörmətsizlik edərək qadının alkoqollu içki içməsi hiddətləndirib. Bu səbəbindən İqbal Həsənov zərərçəkmiş şəxsi və qadını kafeyə nəyə görə gətirmisən deyib, əsəbiləşərək, heç bir əsaslı səbəb olmadan Valehin “Mersedes E-230” markalı avtomobilini özünün idarə etdiyi “VAZ-2106” markalı avtomobili ilə qəsdən vurub.

Daha sonra zərərçəkmiş şəxsi avtomobildən düşərkən qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib. O, xuliqanlıq niyyəti ilə qəsdən yumruq zərbələri ilə Valehin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Bundan başqa, İqbal Həsənov 27 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının qarşısında, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, kənar şəxslərin yanında nalayiq ifadələr işlədib. Əraziyə polis əməkdaşları gəlib. O, ov bıçağı ilə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının həyətini küçə ilə ayıran dəmir barmaqlıqlı hasara bərkidilmiş kapron məhəccəri qəsdən vuraraq, 380 manat məbləğində maddi zərər vurub. Onun qərəzli hərəkətlərini dayandırılmasını tələb edən polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlədib.

Daha sonra İqbal Gəncə şəhər Baş Polis İdarəsinin nəzarət buraxılış məntəqəsində xidmətdə olan, İdarənin Xüsusi Təyinatlı Bölüyünün polis nəfəri, polis serjantı zərərçəkmiş Faiq Quliyevi (şərti) və həmin bölüyün polis nəfəri, polis baş serjantı zərərçəkmiş Namiq Əvəzovu (şərti) zorun tətbiq edilməsi hədəsi ilə yəni, onları öldürəcəyi, xəsarətlər yetirəcəyi ilə hədələyib. Polislərin onun hərəkətlərini dayandımaq üçün daha da ona tərəf yaxınlaşdıqlarını görüb, öz qarın nahiyəsini əlində olan bıçaqla bir neçə yerdən kəsərək, özünə kəsilmiş xəsarətlər yetirib.

Bundan sonra o, ətrafda olan şəxslərə məhəl qoymadan qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, piyada Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısına gedib. İqbal Gəncə şəhəri, H.Əliyev prospektində olan avtomobil yoluna çıxaraq hərəkətdə olan maşınların hərəkətlərini dayandırıb və yenidən əlində saxladığı bıçaqla bədəninin müxtəlif yerlərinə vurub.

Məhkəmədə İqbal Həsənov ona Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, II Qarabağ müharibəsində iştirak edib, yaralanıb və hazırda 3-cü qrup əlildir. O, döyüşlərdə iştirak etməyinə görə Prezident tərəfindən 3 medalla təltif olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*