Polisin adından istifadə edən şəxslə bağlı QƏRARbackend

Polisin adından istifadə edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə özünü hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etdiyi üçün Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılan Pərviz Bəbirovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, məhkumun ərizəsi məhkəmə kollegiyasına daxil olub.

Həmin ərizədə məhkum göstərib ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür. Qərara əsasən, onun ərizəsi təmin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Bəbirov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Şirvan şəhər sakini Bəbirov Pərviz Əli oğlu hüquq-mühafizə orqanının geyim forması və hazırladığı saxta xidməti vəsiqədən istifadə etməklə ayrı-ayrı şəxsləri özünün dövlət orqanlarında yüksək vəzifə tutan şəxslərlə əlaqələrinin olmasına inandırıb. Vəzifəli şəxslərə rüşvət qismində verəcəyi adı ilə vətəndaşlardan torpaq sahəsinə çıxarış alınması, hüquq-mühafizə orqanına işə bərpa olunması üçün müxtəlif məbləğlərdə pul alıb. P.Bəbirov Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 178.3.2-ci (dələduzluq – külli miqdarda törədilməklə) maddəsi ilə ittiham olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*