Hazırda müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət hər bir istiqamətdə davam etdirilir.
DİN-dən KONKRET.az-a bildirilib ki, yaşayış məntəqələrini birləşdirilən magistrallarla yanaşı məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində yerindəcə operativ tədbirlər görülür.
Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.
Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hazırda da davam etdirilir.