Politico: “ABŞ Əfqanıstan təyyarələrini Özbəkistan və Tacikistana vermək istəyir”backend

Politico: "ABŞ Əfqanıstan təyyarələrini Özbəkistan və Tacikistana vermək istəyir"

ABŞ 46 Əfqanıstan hərbi təyyarəsinin Özbəkistan və Tacikistana təhvil verilməsi ilə bağlı danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, bu barədə  “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bunun müqabilində Vaşinqton terrorçularla mübarizədə bu ölkələrin köməyinə müraciət etmək istəyir.

Söhbət Taliban tərəfindən Kabil ələ keçirildikdən sonra əfqan pilotlarının Özbəkistan və Tacikistana təhvil verdiyi təyyarələrdən gedir.

Onların arasında “C-208”, “A-29 Super Tucano” yüngül hücum təyyarələri, “Mi-17”, “Mi-25” və “UH-60 Black Hawk” helikopterləri var.

Taliban təyyarələrin əfqan mülkiyyətində olduğunu bildirir və onların geri qaytarılmasını tələb edir.

Özbəkistan və Tacikistan hakimiyyəti isə bunun ABŞ-a məxsus olduğunu iddia edir və  qaytarmaqdan imtina edir.

Nəşrin məlumatına görə, belə bir razılaşma kəşfiyyat məlumatlarının mübadiləsindən tutmuş bu ölkələrdə qoşun və ya təyyarələrin yerləşdirilməsinə qədər hər şeyi əhatə edə bilər.

Qeyd edək ki, Dövlət Departamenti məlumatı şərh etməyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*