Polkovnik-leytenant işdən azad olunub? – AÇIQLAMAbackend

Polkovnik-leytenant işdən azad olunub? - AÇIQLAMA

Bu gün bəzi ölkə KİV-də yayılmış Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavininin işdən azad olunması ilə bağlı xəbərlər həqiqətəuyğun deyil.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

O bildirib ki, Cəlilabad Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Rövşən Quliyev hazırda vəzifəsindədir və onun işdən azad olunması ilə bağlı əmr yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*