Polşa Almaniya ilə razılaşdı: “Patriot”lar Ukrayna ilə sərhəddə yerləşdirilirbackend

Polşa Almaniya ilə razılaşdı: “Patriot”lar Ukrayna ilə sərhəddə yerləşdirilir

Polşa höküməti Almaniyanın ölkədə əlavə “Patriot” hava hücumundan müdafiə sistemi (ABM) yerləşdirmək təklifini qəbul edib.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşak məlumat verib.

“Almaniya müdafiə nazirinin ölkəmizdə əlavə “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi təklifini məmnunluqla qəbul etdim. Almaniya tərəfi ilə bugünkü telefon danışığı zamanı sistemin Ukrayna ilə sərhəddə yerləşdirilməsini təklif edəcəyəm”, – Blaşak tviterdə yazıb.

Qeyd edək ki, Berlinin Polşanı “Eurofighter” qırıcıları və “Patriot” hava hücumundan müdafiə sistemi ilə təmin etmək təklifini Almaniyanın müdafiə naziri Kristin Lambrext daha əvvəl bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*