Polşa-Belarus sərhədində 8 miqrant bataqlığa düşdübackend

Polşa-Belarus sərhədində 8 miqrant bataqlığa düşdü

Polşa sərhədçiləri Belarusla dövlət sərhədini qanunsuz keçmək istəyərkən bataqlığa düşən 8 miqrantın çıxarılmasına kömək edib.

KONKRET.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi Xidmətinin mətbuat katibi Anna Miçalskaya bildirib.

A.Miçalskayanın sözlərinə görə, hadisə bazar günü səhər saat 10 radələrində Suprasl çayı yaxınlığında Penki ərazisində baş verib.

Miqrantlardan beşi kişi, üçü qadındır. Onlardan 7-si xəstəxanaya yerləşdirilib, digər 1 nəfərin tibbi yardıma ehtiyacı olmayıb.

Polşa sərhəd xidmətinin ilkin məlumatlarına görə, xilas edilənlərin biri Konqo, yeddisi isə Suriya vətəndaşıdır. Hazırda onlar barəsində məlumatlar dəqiqləşdirilir./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*