Polşa qeyri-qanuni miqrantlara sığınacaq verilməsini dayandıracaqbackend

Polşa qeyri-qanuni miqrantlara sığınacaq verilməsini dayandıracaq

Polşanın baş naziri Donald Tusk  qeyri-qanuni miqrantlara sığınacaq verilməsinin dayandırılacağını bildirib.

KONKRET.az xəbər verir ki, baş nazir bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib: “Biz Polşa sərhədlərinə nəzarəti bərpa edirik. Bu gün hökumət viza və sığınacaq tələbləri ilə bağlı yeni qaydalar təqdim edəcək. Sığınacaq hüququ artıq Polşa sərhədini qanunsuz keçmək üçün istifadə edilməyəcək”. Baş nazir Polşa prezidenti Anjey Dudanın bu qanunu imzalayacağına ümid etdiyini bildirib. Oktyabr ayında  Polşanın miqrantlara sığınacaq verilməsini dayandırmaq niyyətində olduğu iddia edilirdi.  Donald Tuskun sözlərinə görə, ölkənin sərhədlərini kimin keçdiyinə tam nəzarət edilməlidir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*