Polşa “Şərq Qalxanı” çərçivəsində ilk istehkamları Rusiya və Belarusla şərq sərhədində quraşdıracaq.
KONKRET.az Polşanın “KAMIŞ ZET” radiostansiyasına istinadən xəbər verir ki,bu barədə ölkənin müdafiə nazirli Vladislav Kosinyak məlumat verib.
Üç gün ərzində istehkamların, o cümlədən, dəmir-beton tank əleyhinə kirpilərin quraşdırılmasına başlanılacaq: “Yaxın günlərdə Şərq Qalxanı çərçivəsində ilk istehkamlar şərq sərhədimizdə ucaldılacaq”, – deyə nazir bildirib.
Bundan əvvəl Polşa baş nazirinin müavini Kşiştof Qavkovski Vladimir Zelenskini Polşanı Rusiya ilə münaqişəyə cəlb etmək cəhdində ittiham edib .
Onun sözlərinə görə, Zelenski Polşanın yaxşılıqlarına rəğmən onu daha aqressiv hərəkətlərə sövq edir.
Vəli Həsənoğlu,
KONKRET.az