Polşa hakimiyyəti “Şərq Qalxanı” layihəsi çərçivəsində ölkənin şərq sərhədində minalanmış sahələr yaratmaq niyyətindədir.
KONKRET.az xəbər verir ki, sözügedən ölkə yaxın vaxtlarda istehkam xəttinin tikintisinə başlayacaq.
Oktyabrın 14-də “Orjisze” poliqonunda hərbi təlimlər başlayacaq və ölkənin baş naziri Donald Tusk təlimləri izləyəcək.
Bildirilir ki, təlimdə beton kirpilərin, tank əleyhinə xəndəklərin və mina sahələrinin yaradılması nəzərdə tutulub.
Oktyabrın 4-də milli müdafiə nazirinin müavini Sezari Tomçik Polşanın şərq sərhədində istehkamlar tikməyə başlayacağını açıqlayıb. Tikintinin başa çatdırılması 2028-ci ilə planlaşdırılır.
Bütün bunlar Polşaya təxminən 2,6 milyard dollara başa gələcək.
Məlik,
KONKRET.az