Polşalı həkim Saakaşvilinin testlərini oğurlamaq istədi – VİDEObackend

Polşalı həkim Saakaşvilinin testlərini oğurlamaq istədi - VİDEO

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətini izləyən həkimlər qrupunun tərkibində olan polşalı həkim Tbilisidəki “Vivamed” özəl klinikasında siyasətçinin analizindən nümunə götürməyə çalışıb və onu ayaqqabılarında gizlədib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze məlumat verib.

O deyib ki, polşalı həkimlərdən biri tərəfindən anlaşılmaz hadisə baş verib.

“Polşalı həkim məhkum Mixail Saakaşvilidən götürülmüş nümunəni  kağıza büküb və ayaqqabılarının arasında gizli şəkildə aparmağa çalışıb”, – deyə Breqadze bildirib.

Breqadze Gürcüstan Xarici İşlər Nazirliyinə bu məsələ ilə bağlı rəsmi mövqe öyrənmək xahişi ilə açıq şəkildə müraciət edib.

Əlavə olaraq Ədliyyə Nazirliyi hadisənin görüntülərini nümayiş etdirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*