Polşanın hava məkanını Almaniya ordusu qoruyacaqbackend

Polşanın hava məkanını Almaniya ordusu qoruyacaq

Almaniya Polşaya “Patriot” hava hücumundan müdafiə sistemlərini təhvil verməyə başlayıb. 

KONKRET.az “Spiegel”ə istinadla xəbər verir ki, bu gün, yanvarın 16-da Almaniyadan çıxan əsgərlər Polşa ərazisinə yola düşəcək. Onlar, həmçinin, Ukraynaya hərbi və humanitar yardımların çatdırılması üçün daşınma məntəqəsini qoruyacaqlar.

Nəşr yazır ki, yaxın günlərdə hər üç hava hücumundan müdafiə sistemi yenidən  Polşa ərazisində yerləşdiriləcək. Bu hava hücumundan müdafiə sistemlərinin vəzifəsi Ukrayna ilə sərhəd yaxınlığında Polşanın kritik infrastrukturunu qorumaqdır.

Qeyd edək ki, Polşa ərazisindəki “Patriot” sistemləri Ukraynadakı humanitar və hərbi yardımların boşaldıldığı tranzit məntəqəsini də əhatə edəcək. Son həftələrdə Bundesverin (Alman ordusu – red.) nümayəndələri Zamosta şəhərində Ukrayna üçün malların çatdırıldığı anbarın ərazisinə baxış keçiriblər. Şəhər Ukrayna ilə sərhəddən 30 kilometr aralıda yerləşir. Almaniya Hərbi Hava Qüvvələrinin planına əsasən, Polşada üç hava hücumundan müdafiə sisteminə xidmət etmək üçün 600 əsgər yerləşdiriləcək.//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*