Poqosyan: “Paşinyan deyir ki, türklərin və azərbaycanlıların mərhəmətinə təslim olun!”backend

Poqosyan: “Paşinyan deyir ki, türklərin və azərbaycanlıların mərhəmətinə təslim olun!"

“Baş nazir Nikol Paşinyanın siyasəti nəticədə Ermənistan dövlətçiliyinin parçalanmasına səbəb olur”.

KONKRET.az xəbər verir ki, bunu beynəlxalq və konstitusiya hüququ üzrə mütəxəssis Vardan Poqosyan bildirib.

“Baş nazirin hərəkətlərinin tək bir mənası var: o, Türkiyə-Azərbaycan müttəfiqliyinə təslim olur. Paşinyanın bəyanatının mesajını (Ermənistanın İstiqlal Bəyannaməsinin elanı günü) aşağıdakı primitiv düsturla açmaq olar: “Türklərin və azərbaycanlıların mərhəmətinə təslim olun və onların boyunduruğu altında yaşayın”. Bu, Paşinyanın proqramıdır”, – deyə Poqosyan “Pressinq” verilişinin efirində bildirib.

Poqosyan əmindir ki, Paşinyan başladığını məntiqi nəticəyə çatdıra bilsə, Ermənistan Respublikası mövcudluğunu dayandıracaq.

“Müstəqillik Bəyannaməsi daimi sənəddir. Başqa sözlə, hüquqi sənəd kimi. Bəyannamənin bir xüsusiyyəti var: o, mövcuddur və məcburidir, və heç bir dəyişikliyə məruz qalmır. Bəyannamədə bir vergülü belə dəyişmək mümkün deyil. Bu sənəd Ermənistan Respublikasının əsasını təşkil edir”, – deyə Poqosyan bildirib.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*