Avro-2020-nin qrup mərhələsi davam edir.
KONKRET.az xəbər verir ki, beşinci oyun gününə nəzərdə tutulan iki matçdan biri başa çatıb.
F qrupunda Macarıstanla qarşılaşan Portuqaliya 3:0 hesablı qələbə qazanıb. Günün ən maraqla gözlənən görüşündə isə son dünya çempionu Fransa Almaniya ilə üz-üzə gələcək.
Avropa çempionatı
F qrupu, 1-ci tur
20:00. Macarıstan – Portuqaliya – 0:3
Qollar: Querrero, 84, Ronaldo, 86-pen. 90+2
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Budapeşt, “Puşkaş Arena”.