Pozner: “Gürcülər erməniləri sevmirdi, ermənilər isə azərbaycanlıları”backend

Pozner: "Gürcülər erməniləri sevmirdi, ermənilər isə azərbaycanlıları"

KONKRET.az xəbər verir ki, məşhur tele-aparıcısı Vladimir Pozner sovet dövründə müxtəlif xalqların bir-biri ilə dost olması barədə yanlış təsəvvürün olduğunu deyib. O, bunu birinci kanaldakı “Pozner” müəllif proqramının efirində bildirib.

Onun sözlərinə görə, sovet dövründə bir fenomen kimi xalqların dostluğu “əslində mövcud deyildi”. “Bu, belə bir Sovet mantrası idi. Əslində, müxtəlif respublikaların xalqları bir-birlərini əsla sevmirdilər, ümumiyyətlə isə rusları sevmirdilər”.

Pozner Sovet İttifaqı daxilində ən müxtəlif xalqlar arasında fikir ayrılıqlarının mövcud olduğunu deyib: gürcülər erməniləri sevmir, ermənilər azərbaycanlıları sevmir, türklər özbəkləri sevmir və s.

O qeyd edib ki, ruslar on illər boyu digər sovet respublikalarında da yaşayırdılar, ancaq rus dilində danışırdılar – hətta bu da dost münasibətə kömək etmədi. “Bir az müstəmləkəçi bir ruh var idi”, – deyə Pozner bunun səbəbini izah edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*