“Azərbaycan Hava Yolları” aviaşirkətinin Praqa-Bakı marşrutu üzrə həyata keçirilən J2-110 reysinin uçuşu texniki səbəbdən gecikir.
KONKRET.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, gecikmiş reysin sərnişinləri Bakı vaxtı ilə saat 23:50-də Bakıya digər təyyarə ilə yola düşəcəklər.