Praqada ermənilərin təxribatının qarşısı alındı – FOTObackend

Praqada ermənilərin təxribatının qarşısı alındı - FOTO

Praqa şəhərində yaşayan azərbaycanlı icması tərəfindən ermənilərin növbəti təxribatının qarşısı alınıb.

KONKRET.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Çex Respublikasının paytaxtındakı Con Lennon Divarına ermənilər Azərbaycan, Türkiyə və İsrail ordularının dayandırılmasına və Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çağırış edən əsassız şüarlar yapışdırıblar.

Məsələyə çevik reaksiya verən diaspor fəallarımız şüarların yazıldığı kağızları qopararaq həqiqəti əks etdirməyən yazıların Lennon Divarına ləkə salmasına yol verməyiblər.

Qeyd edək ki, “Beatles” qrupunun əfsanəvi üzvü Con Lennonun şərəfinə yaradılmış divar Praqada turistlərin ziyarət etdikləri yerlər sırasına daxildir. Qraffiti və şeirlərin əks olunduğu bu divar sülh və sevginin təcəssümünə çevrilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*