Azərbaycan fələstinli qaçqınlara bundan sonra da dəstək göstərməyə davam edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa göndərdiyi məktubda deyilir.
“Ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərməyə davam edəcəkdir”, – dövlət başçısı qeyd edib.