Prezident ən çox nəyə vaxt ayırdığını AÇIQLADIbackend

Prezident ən çox nəyə vaxt ayırdığını AÇIQLADI

“Mənim, əlbəttə ki, əsas işim Qarabağ məsələsinin həlli və sentyabr ayından başlayaraq gedən müharibəyə Ali Baş Komandan kimi rəhbərlik etməyim idi. Bu gün də mənim fəaliyyətimdə o bölgələrin – Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur. Bu, təsadüfi deyil, bu, təbiidir. Ancaq, eyni zamanda, mən ənənəvi iş fəaliyyətimə də həmişə diqqət yetirmişəm. Sumqayıta gəlməyim onu bir daha göstərir”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib.

Dövlət başçısı bildirib ki, müharibə başa çatıb, müzəffər Ordumuz müharibədə qələbə çalıb:

“Azad olunmuş torpaqların bərpası üçün əlimizdən gələni edəcəyik. Hər gün mənim işimin əsas hissəsi buna həsr olunur. Ancaq digər ərazilərin inkişafı da heç vaxt yaddan çıxmayacaq, Azərbaycan xalqı əmin ola bilər. Əminəm ki, biz bu ili də uğurla başa vuracağıq, daha güclü Azərbaycan quracağıq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*