“Prezident iqamətgahına girişi bağlayacağıq” – İrəvanda etiraz dalğası böyüyürbackend

"Prezident iqamətgahına girişi bağlayacağıq" - İrəvanda etiraz dalğası böyüyür

“Biz bir ideologiya elan etdik. Məqsədimiz öz gündəlik fəaliyyətləri ilə Ermənistan Respublikası Konstitusiyasını pozan, hörmətsizlik edən məmurları hakimiyyətdən uzaqlaşdırmaqdır.

KONKRET.az xəbər verir ki, bu sözləri İrəvanda keçirilən etiraz aksiyası zamanı Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri Edqar Qazaryan deyib.

O bildirib ki, aksiya iştitakçıları ilə birgə məmurların və baş nazir Nikol Paşinyanın prezident iqamətgahına giriş-çıxışına nəzarət etmək üçün keçid məntəqələri yaratmaq istəyirlər.

“Biz başa düşməliyik ki, onlar bura nə üçün gəlirlər, hansı qərarlar verirlər və bu qərarlar nə dərəcədə erməni xalqının maraqlarına əsaslanır” – deyə Qazaryan bildirib.

Kampaniyadan hansı nəticələr gözlədiyini soruşduqda Qazaryan belə cavab verib:

“Ölkəmiz faktiki olaraq idarə olunmadığından cəmiyyət vəziyyətə nəzarəti öz əlinə almalıdır. Müharibəni gətirən şəxs bizi növbəti müharibə ilə hədələyir və qorxudur, amma əslində müharibə onun hakimiyyətdə olduğu dövrdə baş verib. Bütün danışıqlarda uğursuzluğa düçar olurlar, silah almırlar, ordu saxlamırlar. Düşmən isə hərbi əməliyyatlarını həyata keçirmək üçün mükəmməl mühitin formalaşdığını düşünür. Vəziyyətdən yeganə çıxış yolu hazırki hakimiyyətdən qurtulmaqdır”, – deyə Qazaryan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*