
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistan Prezidenti Şəfqət Mirziyayev islahatların sürətləndirilməsi və 2020-ci il üçün qarşıya qoyulan vəzifələrin icrasına dair iclas keçirib.
Mirziyayev istehsal, daşınma və paylama mərhələlərində ədalətli təbii qaz ölçmə sisteminin olmamasını qeyd edib. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, xüsusilə əhaliyə qaz və elektrik enerjisinin verilməsində yaranan fasilələr insanlar arasında narazılıq yaradıb.
Ümumiyyətlə, Dünya Bankının hesablamalarına görə, Özbəkistan iqtisadiyyatındakı dövlətin payı yüksək olaraq qalır və hazırda bu rəqəm 50-55 faiz səviyyəsindədir.
Prezidentin sözlərinə görə, maliyyə, vergilər, rəqəmsal iqtisadiyyat, antikorrupsiya və digər sahələrdə çatışmazlıqlar müşahidə edilə bilər.
Bununla əlaqədar son üç ildə qəbul edilmiş qərarların icrası tənqidi qiymətləndirilib və məhz buna görə də 13 “büdrəyən” ərazidə sistem problemlərinin aşkarlanması və aradan qaldırılması üçün effektiv tədbirlərin hazırlanmasına cavabdeh olan işçi qrupları yaradılıb.
Dövlət başçısı tələb edib ki, bu işçi qrupları bu ilin 20 dekabrına qədər bir çox işləri tamamlamalıdır.