Əməkdar mədəniyyət işçisi Röya Seyfəddin qızı Tağıyeva “Şərəf” ordeni ilə təltif edilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycanda mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, sabah Röya Tağıyevanın 80 yaşı tamam olur.