Prezident sarayına gedən yollar bağlandıbackend

Prezident sarayına gedən yollar bağlandı

Livanın Daxili Təhlükəsizlik Xidmətinin əməkdaşları nümayişlər səbəbindən prezident sarayına gedən yolları bağlayıb.

KONKRET.AZ Axar.az-a istinadən xəbər verir ki, yolların bağlanması Beyrutda böyük tıxaclara səbəb olub.

Prezident sarayının qarşısında keçirilən dinc mitinqin təşkilatçıları parlamentin təcili iclasının çağırılmasını və noyabrın 4-dək “xilas” hökumətinin formalaşdırılması üçün müstəqil məsul şəxsin təyin olunmasını tələb edirlər.

Xatırladaq ki, oktyabrın 29-da Livanın Baş Naziri Səad Həriri bütün ölkə ərazisini bürüyən etiraz aksiyaları fonunda istefa vermək qərarına gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*