Prezident seçkilərində ABŞ idmançılarının mövqeyi – Harrisin yağlı vədi nəyi dəyişdi?backend

Prezident seçkilərində ABŞ idmançılarının mövqeyi - Harrisin yağlı vədi nəyi dəyişdi?

ABŞ-də seçki kampaniyası zamanı prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris idman ulduzları və azarkeşlərdən də dəstək almağa çalışıblar. Bəs onları kim dəstəkləyib.

KONKRET.az-ın araşdırması da bu barədədir.

Seçki kampaniyasında  idman ulduzlarından ən çox dəstəyi Demokratlar Partiyasının namizədi Kamala Harris alıb. Kampaniyanın başlanğıcında “Harris üçün idmançılar” hərəkatı yaradılmışdı. Onun rəhbərləri əfsanəvi tennisçi  Billi Cin Kinq, basketbolçular  Magic Johnson, Steve Kerr, Doc Rivers, Greg Popoviç, Chris Paul, eləcə də digər liqaların və idman növlərinin nümayəndələri olublar. Daha sonra hərəkata daha bir neçə ulduz, o cümlədən basketbolçular LeBron James və Steph Curry, uzunluğa tullanma üzrə dəfələrlə Olimpiya çempionu Karl Lyuis qoşuldu. Harrisi Amerikanın futbol ulduzları da dəstəkləyib.

Əvvəllər ABŞ-də futbol nümayəndələrinin əksəriyyəti daha çox respublikaçılara rəğbət bəsləyirdi. 2016-2017-ci illər mövsümündə Colin Kaepernikin dövlət himninin səsləndirilməsi zamanı diz çökməsi və Trampla münaqişəsi vəziyyəti nəzərəçarpacaq dərəcədə dəyişdi. Bu yolla o, ölkədə irqi ayrı-seçkiliyə etiraz etdi.

Bununla belə, Harrisi ən çox dəstəklən  NBA və Qadın Basketbol Liqası -WNBA oldu. Harris özü də ABŞ-də basketbol komandalarının məşqlərini izləyib.

LeBron Harris haqqında heç bir fikir bildirməyib. O, sosial şəbəkələrdə Donald Trampın irqçi kimi ifşa olunduğu video yayımlayıb. “ Övladlarımı, ailəmi və onların necə böyüyəcəyini düşünəndə seçim mənə aydın olur. Kamala Harrisə səs verin!!!”

Qadın basketbolunun əsas ulduzu Keytlin Klark da demokratların namizədini dəstəkləyib.

Hansı idman ulduzları Donald Trampı dəstəkləyib?

NBA-nın tanınmış simaları arasında Donald Trampın tərəfdarları da olub. “Dallas Mavericks”in sahibi Miriam Adelson Trampın seçki kampaniyasına  100 milyon dollar xərcləyib.

“Washington Post”un keçirdiyi sorğoya görə Trampın reytinqi əsasən  futbol, xokkey, avtomobil yarışı, qolf və döyüş sənəti həvəskarları arasında daha yüksək olub. Amma bu idman növlərindəki ulduzların heç biri Trampı dəstəkləməyib.

MMA-nın  rəhbəri Dana Vhite uzun illərdir Trampa dəstəyini gizlətmir və seçki kampaniyasının əsas simalarından biri idi. Kampaniya zamanı Tramp bir neçə dəfə MMA-nın turnirlərində iştirak edib və yarışların birindən sonra Həbib Nurməhəmmədovla danışaraq dünyadakı münaqişələrə son qoyacağını vəd edib. Bir çox MMA döyüşçüləri, o cümlədən digər ölkələrin nümayəndələri – Konor Makqreqor və Xamzat Çimaev də Trampa fəal dəstək ifadə ediblər.

Döyüş sənətinin digər növlərində də Trampın çoxlu pərəstişkarları var. Əfsanəvi boksçu Mayk Tayson və güləşçi Hulk Hoqan da Trampın tərəfdarıdır. Trampı dəstəkləyən məşhurlar arasında disk atma üzrə 1976-cı il Olimpiadasında qızıl medal qazanan Caitlyn Cenner  də olub.

 Amerikada MLB, MLS və NHL nümayəndələri seçki kampaniyasında gözə dəyməyiblər. Bu liqalarda çıxış edən bir neçə idmançı öz mövqeyini bildirib. Bununla belə, 30 il əvvəl  Amerika idmançıları ictimai-siyasi fəaliyyətdən yayınmağı üstün tuturdular. Okeanın o tayında hesab edirdilər ki, idmançılar siyasətə qarışmamalı və öz işləri ilə məşğul olmalıdırlar.  Hətta 2023-cü ildə ABŞ-də “idmançıların sosial və siyasi fikirlərini ifadə etmək üçün öz platformalarından istifadə edib-etməmələri  ilə bağlı konsensus yox idi.  Merilend ştatının Vaşinqton Post Universitetinin sorğusuna görə, Demokratların  77% idmançının öz fikirlərini ifadə etmək qərarını bəyənir. Bu göstərici Respublikaçılarda cəmi 25% təşkil edir. Buna görə də, əksər idman ulduzları Demokratlara üstünlük verib.

Məhz bu səbəbdən  Çikaqodakı Demokratlar Partiyasının Milli Konvensiyası zamanı  “Qolden Steyt Uorriors” komandasının baş məşqçisi Stiv Kerr öz fikrini bir cümlə ilə ifadə etdi:“Sus və məşq et”.

 Amerikada aktiv siyasi mövqe bildirən ilk idmançılar əfsanəvi boksçu Məhəmməd Əli və yüngül atlet Tommi Smit olub. Əli açıq şəkildə Vyetnam müharibəsinə qarşı çıxıb və ABŞ-də qaradərililərin hüquqlarını müdafiə edən bəyanatlar səsləndirib.

Basketbolçuların seçkilərə təsiri

Sosial media əsrində idmançıların siyasi arenada önəmli yerləri var. WNBA ulduzları təkcə eynicinsli nikahları və sosial ədalət hərəkatını ilk dəstəkləyənlər deyil, həm də 2020-ci ildə ABŞ Senatında Corciya ştatını təmsil edən Respublikaçı Kelly Loefflerə qarşı kampaniyaya rəhbərlik ediblər. Nəticədə, Loeffler seçkiləri uduzub.

Hakimiyyət basketbolçu Brittani Qrinerin Rusiya həbsxanasından azad edilməsi üçün  WNBA ulduzlarının prezident administrasiyasına təzyiqindən sonra aktiv addımlar atmağa başlayıb.

 2016-cı ildə ölkədə irqi ayrı-seçkiliyə etiraz etmək üçün himn oxunarkən diz çökən NFL oyunçusu Kolin Kaeperniklə bağlı qalmaqal yarandı. Kaepernik ciddi tənqid olunsa da, həmkarları onu dəstəklədilər. Tezliklə, təkcə NFL oyunçuları deyil, həm də NBA və digər liqalar himn zamanı cəsarətlə dizlərini yerə qoydular.

Tramp ilk dəfə prezident seçiləndə  idmançıların bayrağa, himnə və ölkəyə hörmətsizliyə görə ciddi cəzalandırılmasını tələb edib. Buna cavab olaraq o, təkcə idmançılar deyil, həm də liqa rəhbərləri tərəfindən tənqidlərə məruz qalmışdı.

 Siyasi aksiyalarda təkcə idmançılar yox, bütün liqaların nümayəndələri iştirak edib. Xüsusilə, 2016-cı ildə NBA lezbiyanların, geylərin, biseksualların və transseksualların hüquqlarını pozan  qanununa etiraz etdi. Buna görə də   “All-Star” bir daha Şimali Karolinada çıxış etmədi. Bununla da  ştatın iqtisadiyyatına ciddi ziyan dəydi. Eyni zamanda, assosiasiya rəhbərliyi və Şimali Karolina klubları bir neçə aydır ki, qanunun ləğvi və ya dəyişiklik edilməsi üçün danışıqlar aparır.

Nyu-York şəhərinin keçmiş  meri Robert Giuliani 2008-ci il seçki  kampaniyası zamanı maraqlı addım atmışdı. “Yankees”in  fanatı olan mer  “Kolorado”yla matçda “Red Sox” u dəstəkləmişdi.  Ertəsi gün Nyu-York qəzetləri Giulianini satqın adlandırmışdırlar. Nəticədə  favoritlərdən birinin reytinqi nəzərəçarpacaq dərəcədə aşağı düşmüşdü.

Respublikaçıların namizədi bildirmişdi ki, bütün amerikalılar yankilərə nifrətdə həmrəydirlər. Maraqlıdır ki, sonradan siyasətçilər  “Yankees” azarkeşləri ordusuna mənsub olduqlarını inkar etmişdilər. Hətta namizəd öz rəqibinin  reytinqini aşağı salmaq məqsədilə onu bilərəkdən “Yankees”in fanatı adlandırırdı .

2024-cü il prezident seçkilərində namizədlər  futbol azarkeşlərindən  dəstək almağa çalışıblar. Harris Tim Valzı vitse-prezident vəzifəsinə namizəd kimi təqdim edib və onun Minnesota qubernatorluğundan çox, məşqçilik karyerasını vurğulayıb.

Tim Valz  Şimali Karolina ştatında yerli komandanın oyununa gedib və  pərəstişkarlarla pivə də içib. Onların suallarına cavab verib. O,  zarafatla Miçiqan ştatında hansısa yolla səs toplamağa hazır olduğunu deyib.

Beləcə, ABŞ-də prezident seçkiləri başa çatdı və Donald Tramp qələbə qazandı. Amerikada idmançı ordusunun dəstəklədiyi Kamala Harris isə tərəfdarlarını məyyus etdi.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*