Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ölkə başçısının birinci xanım Mehriban Əliyeva ilə Ağdərə rayonuna səfərindən görüntülər paylaşılıb.
KONKRET.az xəbər verir ki, görüntülərdə səfər çərçivəsində bir sıra obyektlərin açılışı əks olunub.
Bunlardan biri Suqovuşunda məscidin açılışı olub. Bundan başqa, səfər çərçivəsində sözügedən qəsəbədə yaşayış kompleksi istifadəyə verilib.
Prezident və birinci xanım eyni zamanda Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını da alovlandırıblar.
Allah sizi və ailənizi qorusun Cənab Ali Baş Komandan. Allah ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət etsin məkanları cənnət olsun İnşaAllah