Azərbaycan Prezidenti İlham Əliyev 60 illik yubileyini işğaldan azad olunan Hadrut qəsəbəsində keçirdi. Ölkə başçısı Hadrutda yeni hərbi hissənin açılışını etdi. Bu hərbi hissədə Azərbaycan Ordusunun Türkiyə təcrübəsinə əsaslanaraq yaratdığı yeni komando briqadası yerləşir.
Siyasi şərhçi Asif Nərimanlı KONKRET.az-a açıqlamasında bildirib ki, Türkiyə təcrübəsinə istinad edərək, komando briqadalarının əsas vəzifəsinin terrorçulara qarşı əməliyyatlar olduğunu demək mümkündür: “Azərbaycanın yeni yaratdığı komando birqadalarını məhz strateji əhəmiyyətə malik olan Hadrutda yerləşdirməsi də hərbi taktika baxımından diqqət çəkir. Hadrut separatçı-terrorçu rejimin hələ də qaldığı ərazilərə açılan və nəzarət etmək imkanı verən bölgədir. Burada yerləşən komando birliklərinin “kölgəsi” davamlı şəkildə separatçıların başı üzərində olacaq” – siyasi şərhçi fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az