Prezidentin köməkçisi yaranmış anlaşılmazlığa aydınlıq gətirdibackend

Prezidentin köməkçisi yaranmış anlaşılmazlığa aydınlıq gətirdi

“Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin inşasına tezliklə başlanılacaq”

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsü Azərbaycan tərəfdən minnətdarlıqla qarşılanmışdı.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a açıqlamasında deyib.

Hikmət Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi.

“Mütəxəssislər səviyyəsində incəsənət məktəbi binasının memarlıq layihəsinin Şuşa şəhərinin özünəməxsus arxitektura üslubuna uyğunlaşdırılması məqsədilə işçi müzakirələrin aparılması təklif olunub. Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyildir. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunaraq, Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanılacaq”, – deyə Hikmət Hacıyev qeyd edib.

  • GARACANTA
    May 30, 2021 - 08:18

    Dövlət Baxçalının Azərbaycanın Haqlarının qorunmasında Müstəsna Rolu Vardır! Milli Davamızda Həmişə yanımızda oldu! Onun qəlbinə toxunacaq hər hansı addım Böyük Türk Millətimiz tərəfindən Çox Sərt Qınanılacaq!!

  • GARACANTA
    May 30, 2021 - 08:53

    Dövlət Baxçalıya Xor Baxanlar, dönün öz keçmişinizə və Dövlət Bəyin keçmişinə baxın və müqayisə edin. Baxçalıya Şuşanın Şəhərsalma mədəniyyəti haqqında dərs verənlər, Bakıya baxın – hər şey göz qabağındadır. Ağacları, meşələri kəsib, hər qarış torpağı asfaltlamaq, betonlamaq, kafe, restoran, şadlıq e və mərasimləri, və s tikmək- budurmu ÜSLUB??

  • GARACANTA
    May 30, 2021 - 08:55

    Dövlət Baxçalıya Xor Baxanlar, dönün öz keçmişinizə və Dövlət Bəyin keçmişinə baxın və müqayisə edin. Baxçalıya Şuşanın Şəhərsalma mədəniyyəti haqqında dərs verənlər, Bakıya baxın – hər şey göz qabağındadır. Ağacları, meşələri kəsib, hər qarış torpağı asfaltlamaq, betonlamaq, kafe, restoran, şadlıq və mərasim evləri və s. tikmək- budurmu ÜSLUB??

  • GARACANTA
    May 30, 2021 - 09:00

    Hələ Deyirsiniz ki ANLAŞIZMAZLIQ OLUB- Yəni Dövlət Baxçalı “Anlamayıb”…Bu sözləri deyəndə ehtiyatlı olun!!
    Bu adamlar danışanda niyə ehtiyatlı danışmırlar?

  • GARACANTA
    May 30, 2021 - 09:09

    Mən bizim yalançı memarlara baxıram və gülürəm və soruşuram – Siz öz fəaliyyətinizdə Türk Memarlıq Məktbini yoxsa “fars və rus gavur memarlıq məktəbini” seçirsiniz? Dövlət Baxçalıya ağıl verənlər, axı Siz nə bilirsiniz ki, TARİXİMİZİ qorumaq üçün arxitektura nə qədər ÖNƏMLİDİR…Hər şey göz qabaşındadır!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*