backend

“Prezidentin qətiyyətli addımları müharibənin qələbə ilə nəticələnəcəyini şərtləndirdi”

“Azərbaycan Prezidenti İlham Əliyevin bir il əvvəl iştirak və çıxış etdiyi Münhendə keçirilən 53-cü Təhlükəsizlik Konfransı ölkəmiz üçün ənənəvi deyil, Ermənistanın davam edən işğal rejiminin növbəti ifşası və dünyaya bəyan edilməsi idi. Şübhəsiz ki, konfransda Qarabağ məsələsinin gündəmə gəlməsini iki ölkə arasındakı münasibətlər kimi deyil, tribunanın nüfuzuna görə, NATO və Avropa Birliyinin gələcəyi, Qərb və Rusiya arasında olan münasibətlər, Suriyadakı müharibə, terrorçuluqla mübarizə, Ukrayna böhranı, bir sözlə, dünyanın gələcəyi ilə bağlı ciddi müzakirələrlə eyni səviyyədə dayanması idi”.

Bunu KONKRET.aza açıqlamasında Beynəlxalq münasibətlər üzrə şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli deyib.

Ə.Əlibəylinin sözlərinə görə, ən vacibi isə Konfransda dünya siyasətini dizayn edən qlobal nüfuzlu simaların iştirakı idi ki, onlar da gedişatda Qarabağ məsələsi ilə bağlı həqiqətlərin şahidi oldular: “Maraqlıdır  ki, Prezident o konfransda ölkənin iqtisadi potensialı, investisiyalar, qlobal enerji layihələri və ölkənin Şərq-Qərb məhfumu arasında bütün sahələrdə keçid, körpü, yol və ya əməkdaşlıq platforması olduğunu xüsusi vurğularla qeyd etməklə kifayətlənmədi. İqtisadiyyat və siyasətin hərbi stixiyası ondan ibarətdir ki, bölgədə iqtisadi inkişafın əsas səbəbi invesitisya mühiti və təhlükəsizlik faktorudur. O baxımdan da Prezident İlham Əliyev gündəminə iqtisadi əlaqələr zəncirinin darmadağın edilməsinin, regionun iqtisadi inkişaf potensialının minimuma enməsinin səbəbi kimi erməni işğalını ifadə etməsi və artıq düşmən ölkə rəhbəri Nikol Paşinyanla keçirilən debatda xüsusi çalarlarla əsas səbəbkar və günahkarı dünyaya tanıtması önəmli rol oynadı.

Görüş bu dividendləri qazandırdı:

1. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəblərini aydınlaşdırdı;

2. Ermənistan tərəfinin danışıqlar prosesini həmişə pozduğu ifadə edildi;

3. Rəsmi İrəvanın yeni torpaqlar işğal etmək (Ermənistanın sabiq Müdafiə naziri Tonoyanın bəyənatı) məqsədini ifşa etdi;

4. Azərbaycanlı əhaliyə qarşı soyqırım baş verməsi və deport məsələsi açıqlandı;

5. Beynəlxalq hüquqa istinad edildi və bildirildi ki, BMT Nizamnaməsinin tələbləri, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi tapdalanıb;

6. Mövcud 4 qətnaməyə əməl edilməyib, ATƏT-in Minsk Qrupunun formatı ilə keçirilən proseslər uğursuzluqla başa çatıb.

7. Ermənistanın timsalında bütün beynəlxalq razılaşmaların ilk maddəsi olan insan haqları tapdalanıb, müharibə və hətta insanlıq əlehinə cinayətlər baş verib;

8. Ermənizmin xəstəlik olduğunu və tiqranodilik mərəzi əsas münaqişə səbəbi olması bütün dünyaya bəyan edildi;

Konfrans vacib olan bir neçə qənaəti formalaşdırdı:

a) Ermənistan işğalçıdır və Azərbaycan bu faktı dünyaya qəbul etdirdi;

b) Azərbaycan danışıqlara sadiqdir, amma müharibə alternativi də masadadır;

c) Azərbaycan beynəlxalq hüquqa söykənir və qətnamələrə istinad edir;

d)   Azərbaycan dünyaya iqtisadi inkişaf, əməkdaşlıq, qarşılıqlı fayda vəd edir, amma buna regionun təhlükəsizliyini zərbə altına salan İrəvan imkan vermir;

e)   Azərbaycan dostlarının sərhədlərini müəyyən etdi və arealını genişləndirdi;

f)    Münhen konfransı göstərdi ki, bu aralıq prosesdir və Azərbaycan Prezidentinin Qarabağ probleminin həllinə yönəlik vahid proqramı var: Bu konseptual yanaşma MDB ölkə başçılarının görüşündə də, Valdayda da, Münhendə də, BMT BM-nin iclasında da sərgiləndi və qlobal səviyyədə haqlılıq və hərəkətlilik fazasında zəmin hazırlaya bildi. Prezidentin xarici siyasətdə göstərdiyi yüksək diplomatik bacarıq Azərbaycan əhalisinin ictimai rəyində də öz qiymətini almış oldu. Belə ki, Sosial Tədqiqatlar Mərkəzi “İnam İndeksi” jurnalının 2020-ci il mart sayında “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatında ölkə rəhbərinin fəaliyyəti, o cümlədən xarici siyasətdəki uğurları və Münhen debatı xüsusi qiymətini alıb.

Sorğuda iştirak edən 1212 nəfər bildirib  ki, hakimiyyətin digər qolları (qanunverici və məhkəmə hakimiyyəti) ilə müqayisədə, respondentlərin mütləq əksəriyyəti (94.7%) Prezidentə etibar edir. 2020-ci ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransındakı çıxışında (“Valday” Beynəlxalq Diskussiya Klubunda Prezidentin çıxışının davamı kimi) Ermənistanın baş nazirini və işğalçılıq siyasətini tarixi həqiqətlərlə ifşa etməsi ictimai rəydə vətəndaşların Prezidentə olan münasibətinə müsbət təsir göstərməklə bərabər, ərazi bütövlüyümüzün bərpa edilməsinə olan inamı da yüksəltmişdi. Prezidentin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı Ermənistanın baş nazirinin növbəti dəfə aciz duruma düşməsi (56.7%), Prezidentin növbəti diplomatik qələbəsi (48.5%), Dağlıq Qarabağ probleminin həlli istiqamətində yeni bir mərhələ (44.3%) kimi qiymətləndirilib”.

Politoloq vurğulayıb ki, Azərbaycan Prezidentinin bu cür qətiyyətli addımları 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin qələbə ilə nəticələnəciyini şərtləndirirdi: “44 gün davam edən Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti sayəsində qələbə qazandıq. Dünyaya sübut etdik ki, xalq vahid mövqedən çıxış edir. Belə olan halda, qələbə qazanmaq şansı böyükdür. Dövlət başçısı bütün təzyiqlərə sinə gərdi. Çünki müharibə Azərbaycanın öz torpaqlarında gedirdi. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Müharibə ilə BMT-nin icra edilməyən qətnamələrinin tələblərini yerinə yetirdik. Prezident İlham Əliyevin sözü ilə əməli hər zaman vəhdət təşkil edib”. Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*