Prezidentin qızı özünün facebok səhifəsində yeni şəkillərini paylaşdı – FOTOLARbackend

Prezidentin qızı özünün facebok səhifəsində yeni şəkillərini paylaşdı - FOTOLAR

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistan Prezidentinin qızı Səidə Mirziyayeva özünün facebok səhifəsində yeni şəkillərini paylaşıb.

O, Daşkənddə V. Uspenski adına Musiqi Akademik Liseyinin 80 illik yubileyi şərəfinə keçirilən xeyriyyə konsertində iştirak edib.

Qeyd edək ki, konsertdə dövrümüzün ən yaxşı pianoçularından biri Behzod Abduraimov çıxış edib.

Tədbir Özbəkistan Prezidentinin gənclərin mədəniyyətə və sənətə marağını artırmağı hədəfləyən Beş təşəbbüsün birincisinin icrası çərçivəsində təşkil edilib.

Prezidentin qızı vurğulayıb ki, konsertə dəvət olunan musiqi məktəbləri və liseylərinin tələbələri, üstəlik, ölkəmizdəki bütün uşaqlar Behzodbek kimi Vətənlə fəxr etməyə layiqdirlər!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*