Prezidentin qızının obyektləri satışa çıxarıldı – Fotolarbackend

Prezidentin qızının obyektləri satışa çıxarıldı - FOTOLAR

Özbəkistanın dövlət aktivlərinin idarə edilməsi üzrə Agentliyi mərhum keçmiş prezident İslam Kərimovun qızı, hazırda həbsdə olan Gülnarə Kərimovanın müsadirə edilmiş obyektlərindən bir neçəsini satışa çıxarıb.

KONKRET.az xəbər verir ki, həmin obyektlər Daşkənddə və Daşkənd vilayətində yerləşir.

Belə obyektlərdən biri Daşkənd vilayətinin Bostanlık rayonunda yerləşən “Sicak” istirahət zonasıdır. İstirahət zonasının ərazisində 730 kvadratmetr sahəsi olan otel, 855 kvadratmetrlik idman zalı, üç hovuz, kottec, amfiteatr və digər qurğular var. Ümumi sahəsi 5 hektardan çoxdur.

2019-cu ildə istirahət zonası Özbəkistanın Triatlon Federasiyasına verilmişdi, federasiyaya indiki prezidentin kürəkəni Otabek Umarov başçılıq edir. Orada triatlon üzrə milli komandalar üçün təlim-məşq bazası yaradılması planlaşdırılırdı. Habelə satışa “Poytaxt” biznes-mərkəzi, “İçanqala” oteli, “Beldersay” istirahət zonası da çıxarılıb.

Gülnarə Kərimovanın korrupsiya yolu ilə topladığı sərvətlərin ümumi miqdarı bir neçə milyard dollar təşkil edir. Onun xarici banklarda yüz milyonlarla dollarlıq hesablarına və aktivlərinə həbs qoyulub. Virtualaz.org

Prezidentin qızının obyektləri satışa çıxarıldı - Fotolar

Prezidentin qızının obyektləri satışa çıxarıldı - Fotolar

Prezidentin qızının obyektləri satışa çıxarıldı - Fotolar

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*