Prezidentinin Administrasiyasında boşalan yüksək vəzifələrin sayı ARTDIbackend

Prezidentinin Administrasiyasında boşalan yüksək vəzifələrin sayı ARTDI

Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad ediləndən sonra bu ali orqandakı vakant vəzifələrin sayı 3-ə yüksəlib.

Qeyd edək ki, general-polkovnik Məhərrəm Əliyev ötən həftəsonu dövlət başçısının sərəncamı ilə istefaya buraxılıb və Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

KONKRET.az xəbər verir ki, hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vakant olan 3 yüksək vəzifə aşağıdakılardı:

– Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri;

– Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri;

– Sənəd dövriyyəsi şöbəsinin müdiri.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*