Prezidentlə razılaşdı və ölkədən qaçdıbackend

Prezidentlə razılaşdı və ölkədən qaçdı

Venesuelanın müxalifət lideri Edmundo Qonzales Urrutia İspaniyaya qaçmasına icazə verilməsi üçün Nikolas Maduronu ölkədəki mübahisəli seçkilərin qalibi kimi tanıyan məktubu imzalamağa məcbur edildiyini söyləyib.

KONKRET.az xəbər verir ki, bu barədə imzalanmış məktub ölkə KİV-də dərc olunub.

O bildirib ki, buna məcbur qalıb. Müxalifət lideri qeyd edib ki, müəyyən təhdidlərlə qarşılaşıb.

Xatırladaq ki, iyulun 28-də sözügedən ölkədə prezident seçkiləri keçirilib. Müxalifət hazırki prezident Nikolas Maduronu səsləri saxtakarlaşdırmaqda ittiham edib.

Daha sonra yaranan ixtişaşlardan sonra Edmundo Qonzales İspaniyaya qaçıb.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*