Prezidentlər klassik avtomobillərə baxdılar – FOTOLARbackend

Prezidentlər klassik avtomobillərə baxdılar - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.

KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda forumdan sonra Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış olublar.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgi haqqında məlumat verib. Klassik avtomobil sərgisində XIX əsrin sonlarından başlayaraq müxtəlif ölkələrdə istehsal olunmuş 60-dək nadir avtomobil nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixi barədə də məlumat əldə edirlər. Eyni zamanda, burada avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə bağlı da maraqlı məlumatlar təqdim olunur.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində 2015-ci ildən fəaliyyət göstərən klassik avtomobil sərgisində avtomobillərə aid arxiv materialları əsasında hazırlanan videoçarxlar, aksessuarlar və nəşrlər də nümayiş etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*