“Proekt” nəşrinin Priqojinin iki əməkdaşına istinadən verdiyi məlumata görə, “Vaqner” PMC-nin rəhbəri onkoloji xəstəlikdən əziyyət çəkir.
KOKRET.az xəbər verir ki, nəşr iyun üsyanının Priqojinin səhhətinin vəziyyəti ilə bağlı ola biləcəyini ehtimal edir.
“O, xərçəng idi. İndi şişin əmələ gəlməsi prosesi dayanmış kimi görünür”, – deyə əməkdaşlardan biri bildirib.
“Bu, mədəsi və bağırsaqları kəsilmiş bir adamdır” deyən başqa bir həmsöhbət Priqojinin son vaxtlar sarsıntılı davranışını və niyə üsyan etmək qərarına gəldiyini izah edib.
Hər iki şəxs iddia edir ki, muzdluların başçısı uzun müddət qarın nahiyəsinin xərçəngindən müalicə olunub və ciddi terapiya alıb. Xəstəliyə görə Priqojin sağlam həyat tərzi sürür və pəhrizə riayət edir.
Üsyan başlayandan sonra təhlükəsizlik qüvvələri Priqojinin evində axtarış aparıb. Daha sonra Kremlyönlü media istintaqın fotolarını dərc edib. Onlardan birində reanimasiya çarpayısı, ventilyator və oksigen konsentratoru olan bir otaq göstərilib.
Həmçinin, araşdırmaya əsasən, Priqojin Rusiya Federasiyası Prezidentinin qızı Mariya Vorontsova ilə əlaqəli olan “Soqaz” elit klinikasında müalicə olunub. Jurnalistlər pasientlərin siyahısında qeyri – müəyyən bir adın – Dmitri İsaakoviç Geilerinin olduğunu üzə çıxarıblar. Priqojinin axtarışları zamanı təhlükəsizlik qüvvələri bu şəxsin adına, lakin PMC rəhbərinin fotoşəkili olan pasport tapıblar.
Burhan,
KONKRET.az