Priqojin ondan müsahibə alan jurnalistin işdən çıxarılmasına KƏSKİN REAKSİYA VERDİ – VİDEObackend

Priqojin ondan müsahibə alan jurnalistin işdən çıxarılmasına KƏSKİN REAKSİYA VERDİ - VİDEO

Priqojin ondan müsahibə alan jurnalist Dolqovun işdən çıxarılmasına sərt cavab verib.

KONKRET.az-ın xəbər verdiyi kimi, bir gün qabaq “Vaqner”in təsisçisi və rəhbəri Yevgeni Priqojindən müsahibə alan rusiyalı jurnalist Konstantin Dolqov işindən qovulub. O, Priqojindən müsahibə aldığı üçün işdən çıxarılıb.

Yevgeni Priqojin jurnalistin işdən çıxarılmasına kəskin reaksiya verib.

“Ağzımı bağlamağa çalışın. Və bunu necə etdiyinizi diqqətlə izləyəcəyik. Axmaqlar, hakimiyyətə xidmət etdiyinizi düşünürsünüz.

Müharibə gedir və axmaqlıqla məşğul olmağa vaxt yoxdur. Ölkəni xilas etmək və qorumaq lazımdır”, – o deyib.

O, jurnalist Konstantin Dolqovu tərifləyib, düzgün suallar verdiyini bildirib.

Priqojin Telegram Onlayn kanalının sahiblərini (Rusiya Federasiyası Prezident Administrasiyasının nəzarəti altında olan IRI layihəsi) “cəhənnəmdə yanacaq degeneratlar və axmaq beyinsiz məxluqlar” adlandırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*