“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin ölkənin Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu ələ keçirmək istəyib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Priqojin Rostova basqın zamanı rus hərbi rəhbərlərini ələ keçirmək planı hazırlayıb, lakin sui-qəsd haqqında məlumat FSB-yə məlum olub.
WSJ mənbələrinə görə, Priqojinin planı məlumat sızdıqdan sonra uğursuzluğa düçar olub.
Kəşfiyyat rəsmiləri hesab edirlər ki, vaqneritlərin Rostovu asanlıqla işğal etməsi RF Silahlı Qüvvələrinin ayrı-ayrı komandirlərinin bu sui-qəsddə mümkün iştirakını göstərə bilər. Mümkün iştirakçılardan biri də general Sergey Surovikindir.
Burhan,
KONKRET.az