Priqojinin media şəbəkəsi fəaliyyətini dayandırdıbackend

Priqojinin media şəbəkəsi fəaliyyətini dayandırdı

“Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinin media şəbəkəsi ləğv edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazıb.

Bildirilir ki, onun nəzarətində olan “Patriot” media qrupu bağlanıb. Holdinqin bütün əməkdaşları işdən çıxarılma mərhələsindədirlər və müvafiq bildirişlər alıblar.

“Patriot” media qrupuna daxil olan “RİA FAN”, “Nevskiye Novosti” və “Ekonomika seqodnya” nəşrləri rəsmi olaraq bağlandıqlarını elan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*