Rusiyanın İstintaq Komitəsi “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojının ölümü rəsmən təsdiqləyib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
“Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların kimliyinin müəyyənləşdirilməsi başa çatıb, onların arasında Priqojın da var”, – açıqlanıb.