Priqojinin qiyam qaldırmağının səbəbi AÇIQLANDIbackend

Priqojinin qiyam qaldırmağının səbəbi AÇIQLANDI

“Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaqdan imtina edib, bundan sonra bu strukturun müharibə zonasında iştirakına xitam verildiyi barədə ona xəbərdarlıq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirib.

Onun sözlərinə görə, qiyama cəhddən bir neçə gün əvvəl Müdafiə Nazirliyi döyüş tapşırıqlarını yerinə yetirən bütün birləşmələrin nazirliklə müqavilə imzalamalı olduğunu elan edib.

“Cənab Priqojindən başqa hamı bu qərarı icra etməyə başladı”, – deyə deputat bildirib.

Kartapolovun sözlərinə görə, Priqojinə məlumat verilib ki, bu halda “Vaqner” hərbi əməliyyatda iştirak etməyəcək, şirkətə heç bir maliyyə və ya maddi vəsait ayrılmayacaq.

“Bütün bunlardan sonra aşağıdakılar baş verdi: birincisi pul, ikincisi axmaq ambisiyalar, üçüncüsü həyəcanlı vəziyyət. Bütün bunlar birlikdə vətənə xəyanət cəhdi və yoldaşlarının aldadılması ilə nəticələndi”, – deyə o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*