“Vaqner” özəl hərbi şirkətinin keçmiş döyüşçüsü iddia edib ki, şirkətin təsisçisi Yevgeni Priqojin 2023-cü ildə Tver yaxınlığında baş verən təyyarə qəzasında sağ qalıb.
KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, keçmiş döyüşçünün sözlərini “Tsargrad” portalı yayıb.
O, Priqojinin sağ qaldığına 100 faiz əmindir. Keçmiş “vaqnerçi” həmçinin Priqojinin mümkün yeri və yeni fəaliyyətlərini açıqlayıb.
“Məncə, Priqojin 100 faiz sağ qalıb və Rusiyanı Afrikada təmsil edir”, – deyə keçmiş döyüşçü sözlərini təsdiqləyən heç bir sübut təqdim etməyib.
Qeyd edək ki, Priqojin ilə birlikdə qəzaya uğrayan təyyarədə olan sərnişinlərin cəsədlərini vizual olaraq müəyyən etmək mümkün olmayıb. Yalnız molekulyar genetik testlər təyyarədə olan bütün sərnişinlərin şəxsiyyətini müəyyən etməyə imkan verib.
Xatırladaq ki, “Sağ qalan Priqojin” hekayəsi Rusiyada noyabrın əvvəlində başlayıb. KİV-in istinad etdiyi mənbələrə görə, ABŞ-Venesuela münasibətlərindəki böhran fonunda əvvəllər özəl hərbi şirkətə bağlı olan təyyarə sonuncu ölkəyə uçub. Müəlliflər həmçinin sübut kimi “Wagner Group” rəhbərliyinin iştirak etdiyi təyyarə qəzasından sonra yayılan və Priqojinin Afrikada olduğu iddia edilən videonu göstərirlər. Bundan əlavə, Priqojinin sağ qalmasına sübut kimi onun “əmək haqqı vərəqəsi” də göstərilir.
