“Prius” aşdı – 2 yeniyetmə öldübackend

“Prius” aşdı - 2 yeniyetmə öldü

Hacıqabulda yeniyetmələrin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Abdulyan kəndində qeydə alınıb.

“Toyota Pirius” markalı minik avtomobilinin aşması nəticəsində iki yeniyetmə-15 yaşlı Məhəmməd Abışov və 13 yaşlı Əliyar Şirəliyev hadisə yerində ölüb, sürücü və digər sərnişin xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*